AZ

Cənubi Koreyanın hakim partiyasının rəhbəri istefa verib

Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının sədri Han Donq Hun istefa verib. Yonhap xəbər verir ki, o, qərarını Milli Assambleyada (parlamentdə) mətbuat konfransında çıxışı zamanı açıqlayıb.

Siyasətçi qərarını yüksək icra komitəsi üzvlərinin istefasından sonra partiya sədrinin üzərinə düşən vəzifələrin icrasının mümkünsüzlüyü ilə izah edib. Han Dong Hunun sözlərinə görə, bu səbəbdən strukturun işi iflic olub.

O, daxili siyasətdəki qeyri-sabitlik və elan olunmuş qısamüddətli hərbi vəziyyət səbəbindən zərər çəkənlərdən üzr istəyib. “Mən impiçmentdən əziyyət çəkən tərəfdarlarımıza görə çox təəssüflənirəm”, - deyə siyasətçi bildirib.

Han Dong Hun "bu ölkə üçün impiçmentdən başqa daha yaxşı yol tapmaq üçün əlindən gələni etdiyini, amma sonda bacarmadığını söyləyib." O, bunun məsuliyyətini öz üzərinə götürüb və toplaşanlardan bir daha üzr istəyib.

Han Dong Hun iyulun 23-də keçirilən qurultayda Vətəndaş Gücü Partiyasının lideri seçilib. Belə ki, o, 146 gün partiya sədri vəzifəsini icra edib.

Oxuməni.az

Seçilən
20
oxumeni.az

1Mənbələr