“Oskar”lı aktyor Ben Afflek ayrıldıqdan sonra heç bir şeyin ona Cennifer Lopezi xatırlatmaması üçün xüsusi tədbirlər görüb.
Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Aktyor Cennifer haqqında hər hansı məlumata rast gəlməmək üçün telefonunda xüsusi filtr quraşdırıb.
“Ben internetə baxmır – xüsusən də Cey Lodan boşanması haqqında məlumatla. O, sosial mediadan qaçır və onunla əlaqəli heç bir şeyə klik etmir. Əslində, brauzerin heç bir şey göstərməməsi üçün onun telefonunda Cey Lo filtri var. Boşanmadan sonra Ben onun haqqında və ya ayrılmaları barədə bir kəlmə də danışmadı. Və Cenniferin onun onun haqqında nə dediyini də bilmək istəmir”, – nəşr yazır.
Azpost.info