AZ

NATO qüvvələrinin Ukraynada yerləşdirilməsi müzakirələrindən imtina çağırışı – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Responsible Statecraft nəşri NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələrdən imtina etməyə çağırıb. Nəşrin fikrincə, belə bir addım Ukrayna üçün daha böyük itkilərə səbəb ola bilər.

Məqalədə qeyd olunur ki, Avropa ölkələrinin hakimiyyət orqanları və əhalisi öz hərbçilərini Ukraynaya göndərmək ideyasını qəbul etməyəcəklər. "Çünki bu qüvvələrin əsgərləri ciddi təhlükə zonasında olacaqlar və vətəndaşlar bu riski qəbul etmək istəməyəcəklər", - deyə yazıda bildirilir.

Məqalə müəllifi vurğulayır ki, bu ilin əvvəlində Fransa Prezidenti Emmanuel Makronun fransız hərbçilərinin Ukraynaya göndərilməsi təklifi irəli sürüləndən sonra aparılan ictimai rəy sorğuları əhalinin böyük əksəriyyətinin bu fikrə qarşı olduğunu göstərib. "Fransa rəsmiləri açıq şəkildə bildirdilər ki, belə bir təşəbbüs ABŞ-nin dəstəyini tələb edir", - məqalədə qeyd olunur. Lakin müəllif bildirir ki, ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyası belə bir dəstəyi göstərməyəcək.

Bundan əvvəl Almaniya vətəndaşları arasında aparılan sorğular da göstərib ki, onların əksəriyyəti Almaniya qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
13
olaylar.az

1phrase_var_article.sources