ABŞ-ın Nyu Meksiko ştatında yaşayan 16 yaşlı yeniyetmə ailəsinin 4 üzvünü öldürdüyü iddiası saxlanılıb.
Sitat.info xəbər verir ki, Nyu Meksiko ştatının polisi bildirib ki, şübhəli Dieqo Leyva sərxoş vəziyyətdə hüquq-mühafizə orqanlarına təslim olub.
Leyva gecə saatlarında polisə zəng edərək ailəsini öldürdüyünü deyib. Polis hadisə yerinə gələndə Leyva əllərini havaya ataraq “son dərəcə sərxoş vəziyyətdə” evdən çıxıb. Evə baxış zamanı mətbəx masasının üzərindən tapança və 4 ailə üzvünün meyiti tapılıb.
Nyu Meksiko əyalət polisi Leyvanın dörd qətl ittihamı ilə həbs edildiyini və yetkinlik yaşına çatmış kimi mühakimə olunmaq üçün həbsxanaya göndərildiyini açıqlayıb.
Leyvanın saxlandığı müddətdə spirtli içkidən təmizlənmək üçün xəstəxanaya aparıldığı, bu arada hadisə ilə bağlı daha çox məlumat toplanmağa çalışıldığı bildirilib.
Hadisədən sonra Valensiya qraflığının sakinləri şoka düşüblər və əyalətdə yas ab-havası da hökm sürür.
Aytac,
Sitat.info