AZ

Mərkəzi Bank 2024-cü ildə uçot dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə 2024-cü il üzrə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını verəcək.

“İki sahil” xəbər verir ki, dekabrın 18-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı səkkizinci qərarını açıqlayacaq.

Son dörd qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: "Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək".

Seçilən
2
10
ikisahil.az

10Mənbələr