ABŞ-ın Boston şəhərindəki Loqan Beynəlxalq Hava Limanı yaxınlığında pilotsuz uçan aparatın təhlükəli uçuşu nəticəsində 2 nəfərin saxlanıldığı açıqlanıb.ABŞ-ın müxtəlif yerlərində görünən "sirli" dron görüntüləri ölkə gündəmində qalmaqda davam edir.CNN-in məlumatına görə, səlahiyyətlilər Bostondakı Loqan Beynəlxalq Hava Limanına təhlükəli şəkildə yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) müşahidə etdiklərini bildiriblər.Sözügedən pilotsuz uçan aparatın yeri və uçuş tarixçəsinin qabaqcıl pilotsuz hava izləmə texnologiyaları ilə müəyyən edildiyini bildirən səlahiyyətlilər, hadisədən sonra 2 nəfərin hücum etmək ittihamı ilə nəzarətə alındığını açıqlayıb.Səlahiyyətlilər hadisə yerindən qaçan digər şübhəlinin tutulması üçün işlərin davam etdiyini qeyd edib.Pilotsuz təyyarələrin insanların və ya vasitələrin üzərindən uçurulmasının qadağan edildiyinə diqqət çəkən polis səlahiyyətliləri, "Kiçik pilotsuz təyyarələr belə təyyarə və vertolyotlara dağıdıcı ziyan vurma potensialı da daxil olmaqla, əhəmiyyətli risklər yaradır" deyiblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta