AZ

Baş nazir son makroiqtisadi göstəriciləri açıqlayıb

Artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir deyib ki, strateji valyuta ehtiyatlarımız 72 mlrd.dolları ötüb: “Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib”.

Əli Əsədov qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir: “Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5% (129,2 mlrd.azn), qeyri-neft sektoru üzrə 4,9% real artım tempi proqnozlaşdırılır”.

Seçilən
23
4
ikisahil.az

5Mənbələr