AZ

FHN işçilərinin peşə bayramıdır

16 Dekabr - Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.

Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər ilin bu günü ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Fəaliyyət göstərdiyi 19 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.

Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının sözügedən qurumun fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı həmin sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Fövqəladə Hallar Nazirliyi işçilərini təbrik edir, çətin, olduqca məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq!

Zərintac MayisqızıMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr