AZ

Hesablama Palatasının 2025-ci il üçün xərcləri artırılır

Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.

Azreform.info -ın məlumatına görə, bu 2024-cü il ilə müqayisədə 0,2% və ya 31 min 309 manat çoxdur.

Gələn il əməyin ödənişinə 10 milyon 333 min 916 manat, sosial ödənişlər üçün 71 min 124 manat nəzərdə tutulub.

Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 80 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 130 min manat proqnozlaşdırılıb.

Xarici qonaqların qarşılanması üçün 20 min manat vəsait ayrılıb.

Seçilən
14
14
azreform.info

10Mənbələr