Hadisə nəticəsində 40 yaşlı qadın ölüb, 30 yaşlı iki kişi isə ağır yaralanıb. Hücum şənbə günü axşam qara rəngli avtomobildən yeddi atəş açılmaqla baş verib. Şahidlərin bildirdiyinə görə, bu zaman kilsədə anım mərasimi keçirilirdi.
Atışma səslərini eşidən yerli sakinlər əvvəlcə bunun atəşfəşanlıq olduğunu düşündülər, lakin qonşuların qışqırdığını eşidəndən sonra bunun hücum olduğunu anladılar.
Faktla bağlı araşdırmalar başlanılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.