AZ

"Mavi" cavanların nazir və ya baş nazir təyin edilməsinin arzuolunmaz effekti...

Emmanuel Makron bu dəfə baş nazir postuna kimi təyin edəcəyi ilə bağlı günlərdi ki, "baş sındırırdı". Budur, uzun məsləhətləşmələrdən və götür-qoylardan sonra Fransa prezidenti bu gün (Cümə günü, dekabrın 13-ü...) özünün ən yaxın müttəfiqlərindən birini yeni baş nazir təyin etdi.

Beləliklə, "mavi" cavanların nazir və ya baş nazir təyin edilməsinin arzuolunan effekti vermədiyini görən Makron, indi də qocalarla işləməyə üstünlük verir. Necə deyərlər, fransız lider "döyüş"ə qocalarla gedir.

Cəmi üç ay baş nazir olmaq müyəssər olan 73 yaşlı Mişel Barnyenin ötən həftə parlament tərəfindən rüsvayçı şəkildə istefaya göndərilməsindən sonra, bu dəfə Makron 73 yaşlı başqa bir qocanı Fransanın yeni baş naziri təyin etdi.

Söhbət mərkəzçi Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayru`dan gedir.

Siyasi iddialılıq dərəcəsinə görə Makrondan heç də geri qalmayan Fransua Bayru əvvəlki hökumətlərdə təhsil naziri işləyib. 2002, 2007 və 2012-ci il seçkilərində isə prezidentliyə namizəd olub. Lakin hər dəfəsində uğursuzluqla üzləşib.

Çünki o, heç vaxt cəmiyyətdə kifayət qədər populyar ola bilməyib. Populyarlıq isə heç şübhəsiz ki, hər bir liderin siyasi uğurlarının əsas şərtlərindən biri sayılır.

Yeri gəlmişkən, əvvəlki baş nazirlər kimi bu yeni baş nazir də ermənipərəstdir. Öz də qatı ermənipərəstdir.

Fransua Bayru hələ illər öncə Fransa parlamenti (Milli Assambleya) tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsinin müzakirəyə çıxarılmasında və qəbul olunmasında fəal rol oynayan siyasətçilərdən biri olub.

P.S.

Nə etməli, ermənipərəstlik fransız siyasətçilərinin boyuna biçilib.

Bəybala Mirzəyev

visiontv.az



phrase_var_article.chosen
16
visiontv.az

1phrase_var_article.sources