AZ

Kurskda xeyli sayda koreyalı hərbçi həlak olub - Sayın 200-dən çox olduğu bildirilir...

Rusiyanın Kursk vilayətində əks-hücuma keçən Koreya-Rusiya birləşmiş qüvvələri ağır itki verib.

"AzPolitika" xəbər verir ki, öldürülmüş hərbçilərin bir qisminin yerə düzülmüş cəsədləri Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlarla görüntülənib.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin məlumatına görə, son sutka ərzində Şimali Koreyadan olan hərbçilər hücumlar zamanı 200-ə yaxın itki verib.

Oktyabrın sonunda Qərb mediası Şimali Koreyanın Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya hərbi personal göndərdiyini yazıb. Ukrayna və Qərb ölkələrinin məlumatına görə, Kursk bölgəsinə 10 mindən çox Şimali Koreya əsgəri gəlib.

"AzPolitika.info"

Seçilən
17
9
azpolitika.info

9Mənbələr