AZ

“Çağdaş dövrdə Türk xalqlarının əsas ictimai-fəlsəfi problemləri” mövzusunda elmi seminar keçirilib

Dekabrın 13-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Çağdaş dövrdə Türk xalqlarının əsas ictimai-fəlsəfi problemləri” mövzusunda ümuminstitut seminarı keçirilib.
 
Moderator.az xəbər verir ki, ümuminstitutut seminarının moderatoru, fəlsəfə üzrə fəlsəfə foktoru Məhəmməd Cəbrayılov giriş sözü ilə tədbiri açaraq mövzunun aktuallığını diqqətə çatdırıb.
 
Mövzu ilə bağlı əsas məruzəçi olan “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli çağdaş dövrdə Türk xalqlarının əsas ictimai-fəlsəfi problemlərini bir neçə aspektdə dəyərləndirib. Onun fikrincə, mövzu ilə bağlı ilk növbədə, “Türk fəlsəfəsi”, “Türk xalqlarının fəlsəfəsi”, “Türk filosofu”, “Türk xalqlarının filosofu” (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və b.) anlayışlarına Türk xalqlarında hansı yönlərdən yanışılması məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına çox az hallarda rast gəlmək mümkündür. Məruzəşi hesab edir ki, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb, onun müxtəlif fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi və başqalarının adları çəkilir.Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları əsasən Türkiyə ilə məhdudlaşdırlır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Yəni Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşmasından asılı olmayaraq Türk mütəfəkkiri, Türk bilgəsi kimi tanınmışdır. Ancaq hal-hazırda müstəqil Türk dövlətlərində və digər Türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür.Eyni zamanda, Türk xalqlarının fəlsəfəsi ilə bağlı ortaq və ayrı-ayrılıqda nəşr olunmuş əsərlərin mövcudluğu məsələsinin dəqiqləşməsinin zərurətindən bəhs edən F.Ələkbərli Türk xalqlarının təhsil sistemində (bakalavratura, magistratura, doktorantura) Türk fəlsəfəsinin, Türk fəlsəfə tarixinin tədrisi məsələsi ilə bağlı məlumatlar verdi. Məruzəçiyə görə, hazırda “Türk xalqlarının fəlsəfə cəmiyyəti”nin yaradılması, bu anlamda Türk dünyasına daxil olan fəlsəfi cəmiyyətlərin inteqrasiyasına da ehtiyac vardır.F.Ələkbərli daha sonra təklif etdi ki Türk filosoflarının irsinin ortaq şəkildə araşdırılması, Türk fəlsəfə müntəxabatının bütün Türk dillərində ərsəyə gətirilməsi, ən azı vizual şəkildə “Türk fəlsəfəsi Kitabxanası” yaradılması və Türk fəlsəfə tarixinin öyrənilməsi metodologiyasını dəqiqləşdirməsi istiqamətində işlər görülməlidir. Bunun üçün də, Türk fəlsəfə tarixi və Türk fəlsəfəsi ilə bağlı simpozium, konqres və konfransların təşkilinə ciddi diqqət yetirilməli, hər il bunun həyata keçirilməsi təmin olunmalıdır.
 
Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzdə, intitutun direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d. Füzuli Qubanov, elmi işçi Yasəmən Qaraqoyunlu, f.ü.f.d. Mahrux Nəcəfli və başqaları mövzu ətrafında şıxış edərək öz fikirlərini, mülahizələrini bildirdilər. Sonda seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.
 
Seçilən
38
2
moderator.az

3Mənbələr