AZ

Gürcüstanın xarici ticarət dövriyyəsi 7%-ə yaxın artıb

Cari ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 21,109 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6 faiz çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin ilkin hesablamalarına əsasən, xarici ticarət dövriyyəsində ixracın həcmi 6,011 milyard dollar olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artım deməkdir. Eyni zamanda, hesabat dövründə idxalın həcmi 6,1 faiz artaraq 15,098 milyard dollar təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında mənfi ticarət saldosu 9,087 milyard dollar olub ki, bu da xarici ticarət dövriyyəsinin 43 faizinə bərabərdir.

Fuad Mədətov
Fins.az

phrase_var_article.chosen
9
2
fins.az

4phrase_var_article.sources