AZ

"KXDR və Rusiya hərbçiləri arasında dil maneəsi döyüş meydanında ciddi problemlər yaradır" - ISW

 
"Dostcasına atəş"lərlə bağlı insidentlər və kommunikasiyada çətinliklər birgə əməliyyatların səmərəsini azaldır..."
 
Kursk vilayətində Şimali Koreya və Rusiya hərbçiləri arasında pis koordinasiya və dil maneəsi döyüş meydanında ciddi problemlər yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstututunun (ISW) hesabatında deyilir.
 
Analitiklər qeyd edir ki, "dostcasına atəşlər"lə bağlı insidentlər və kommunikasiya ilə bağlı çətinliklər birgə əməliyyatların səmərəsini azaldır.
 
Qeyri-effektiv kommunikasiya döyüş əməliyyatlarının koordinasiyasını çətinləşdirir, bu da xüsusilə Şimali Koreya bölmələrinin cəlb edildiyi intensiv piyada hücumlarında nəzərə çarpır.
 
ISW-nin məlumatına görə, belə problemlər sistemli xarakter daşıyır və yaxın gələcəkdə davam edərək regionda qoşunların ümumi döyüş qabiliyyətini pisləşdirəcək.
 
"Dil maneəsi Şimali Koreya və Rusiya qüvvələri arasında qarşılıqlı əlaqənin səmərəliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir, bu da "dostcasına atəşlər" kimi yanlışlıqlara gətirib çıxarır və əməliyyatların ümumi koordinasiyasını pozur", - analitiklər qeyd edib.
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Şimali Koreya qoşunları yanlış olaraq "Ahmat" çeçen xüsusi təyinatlılarının avtomobillərinə atəş açıb, nəticədə rusiyalı hərbçilər həlak olub.
 
"Baş Kəşfiyyart İdarəsi məlumat verib ki, dekabrın 14-də Kursk vilayətində Rusiya və KXDR hərbi qulluqçularından ibarət kontingent Ukrayna dronlarının Şimali Koreya qoşunlarının mövqelərinə hücumu nəticəsində şəxsi heyətinin 200 nəfərini itirib.
 
Rusiya və KXDR qoşunları arasında pis inteqrasiya və koordinasiya ilə bağlı daimi problemlər, ehtimal ki, bundan sonra da Rusiyanın Kursk vilayətində yaxın perspektivdə hərbi əməliyyatlarında çətinliklər törədəcək", - hesabatda deyilir.
Seçilən
18
moderator.az

1Mənbələr