AZ

Britaniya ordusuna xəbərdarlıq: “Döyüş nöqtəsinə çatdıq”

Böyük Britaniya ordusu gələcək müharibədə zəif təchizatla güclü qoşun, texnika və müasir texnologiyaya malik düşmənə qarşı vuruşmağa məcbur olacaq.

Teleqraf.com xəbər verir ki, bu fikri Britaniya Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general Patrik Sanders deyib.

Onun sözlərinə görə, Britaniya döyüş nöqtəsindədir, bu səbəbdən gələcəyin təhlükəli olacağına əmindir.

Sanders Britaniya ordusunun düşmənlərindən sayca üstün olmadığı və mükəmməl təchiz edilmədiyini vurğulayıb:

“Biz həmişə arxamızı divara söykəyib döyüşmüşük. Biz beləyik”.

Generalın fikrincə, Britaniya ordusunun ölçüsündən üç dəfə çox olan ordulardan daha ölümcül olmaq üçün yenidən silahlanmasına baxmayaraq, modernləşmə vaxt tələb edir ki, bu da ciddi çatışmazlıqdır.

Sanders əlavə edib ki, zəif təchiz edilmiş Britaniya ordusu gec-tez özündən sayca çox olan güclü düşmənlə döyüşə girəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
23
teleqraf.com

1phrase_var_article.sources