AZ

Bakıda məşhur xəstəxananın lifti qırıldı - Xəsarət alan var

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən "Avrasiya Hospital"da bədbəxt hadisə baş verib.

Hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.

Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

 

Seçilən
29
30
7news.az

10Mənbələr