AZ

Moldovada qaz qorxusu

Moldova baş naziri Dorin Rekean ölkəsinin Rusiyanın qazla bağlı təhdidlərindən ehtiyat etdiyini deyib.

Yenisabah.az xəbər verir ki, o, Moskvanın qərblə olan gərgin münasibətləri fonunda bu addımın hər an aktual olduğunu diqqətə çatdırıb.

Kişinyov rəsmiləri Moldovanın Aİ-yə üzvlük məsələsi üzərində hələlik ehtiyatlı davranır. Rusiyanın Ukraynada qazandığı hərbi uğurlar və Trampın ABŞ-də prezident seçilməsi “Dnesteryanı məsələsi”ni yenidən aktuallaşdıra bilər.

Moldova təbii qaz idxalında alternativsiz Rusiyaya bağlıdır. Putin daha öncə açıqlamalarında bu ölkəni SSRİ-nin “etibarsız övladı” adlandırmışdı.


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr