Avropa çempionatının gümüş və dünya çempionatının bürünc medalçısı Fani Piqnitski Bakıda bədii gimnastika üzrə ustad dərsi verib.
İdman.biz xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçirilib.
Dərs zamanı Piqnitski gimnastlara öz karyerası, idmandakı həyatı və uğurları barədə danışıb, daha sonra öz texnika və metodları ilə onlara məşq keçib.
Sonda macarıstanlı idmançı gimnastlara xatirə olaraq avtoqraf verib.
İdman.biz