Kanadanın Baş naziri Castin Trüdo tezliklə kabinetində dəyişiklik edəcək.
Sfera.az xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.
Məlumata görə, mənzil, infrastruktur və icmalar naziri Şon Freyzer şəxsi səbəblərə görə hökuməti tərk edəcək. Qeyd edilir ki, Freyzerin gedişi Trüdoya ciddi zərbə vura bilər, çünki o, Kanada siyasətində "yüksələn ulduz" hesab olunurdu və eyni zamanda mühüm mənzil tikintisi sənayesinə nəzarət edirdi.
Eyni zamanda, hazırda fəal danışıqların davam etdiyi Kanada Bankının keçmiş rəhbəri Mark Karni Trüdonun kabinetinə daxil ola bilər. Baş nazirin dekabrın 18-də Nazirlər Kabinetində dəyişiklik edəcəyi gözlənilir.
Firuzə Əliyeva