1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uzunluğu 3 200 km təşkil edən 45 yol layihə icra edilir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
"Bunun 1 275 km-lik hissəsi yerli əhəmiyyətli yollardır.
"2021-ci ildən bu günədək ölkə üzrə 2 700 km-dən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bunun da 1 430 km-lik hissəsi yerli əhəmiyyətli yollardır", - deyə o qeyd edib.