AZ

Qırğızıstanın baş naziri postunda Akılbeki Adılbek əvəz edib

Qırğızıstan prezidenti Sadır Japarov ölkənin baş naziri Akılbek Japarovu vəzifəsindən azad edib. Onun yerinə Adılbek Kasıməliyev baş nazir əvəzi təyin edilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, prezident Sadır Japarovun imzaladığı sərəncamda qeyd olunur ki, keçmiş baş nazir “başqa işə keçməsi ilə əlaqədar” tutduğu vəzifədən azad edilib.

24.kg nəşri mənbələrə istinadən qeyd edir ki, A.Japarov bəyanatı öz istəyi ilə yazıb. Kaktus.media yazır ki, o, prezidentin müşaviri ola bilər.

Baş nazirin birinci müavini Adılbek Kasıməliyev Nazirlər Kabinetinin rəhbəri vəzifəsinin icraçısı - prezident administrasiyasının rəhbəri təyin edilib. 2015-2018-ci illərdə o, ölkənin Maliyyə Nazirliyinə rəhbərlik edib. Kasıməliyevin baş nazir təyin olunması ölkə parlamentində təsdiqlənməlidir.

Qırğızıstan hökuməti başçısının müavini Edil Baysalov bildirib ki, Akılbek Japarov uzağa getmir, o, prezindentin ən yaxın müttəfiqidir və xalqın rifahı naminə fədakar xidmətini davam etdirəcək.

60 yaşlı Akılbek Japarov 2021-ci ilin oktyabrından Qırğızıstan hökumətinə və prezident administrasiyasına rəhbərlik edirdi.

Musavat.com

Seçilən
24
16
musavat.com

10Mənbələr