AZ

“Saçlarım artıq ağarıb” - 57 yaşlı Samir

“Mənim uşaqlıqdan gur və gözəl saçlarım olub. Bu, genetikadır. Çoxları mənə deyir ki, tünd rəng sənin rəngindir. Açıq saç rəngi sizə yaraşmır. Mən səmimi insanam. Necə varsa, elə də deyirəm. Mənim 57 yaşım var, artıq uşaq deyiləm. Başımdakı bütün saçlarım artıq ağarıb”.

Bakıvaxtı.az Olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov qonaq olduğu “İncə səhər” verilişində deyib.

57 yaşlı sənətçi bildirib ki, artıq bütün saçları ağarıb:

“Hər dəfə saçlarımı boyatdırmaq məni “öldürür”. Saçlarım tez ağarır. Boyatdırdıqdan üç gün sonra yenə saçlarım ağarır. Ona görə mən müraciət edib deyirəm ki, elə edin ki, saçımı az-az boyatdırım. İndi isə saçlarımın bu rəngindən razıyam”.

Samir Rusiyada şəxsi biznesinin olması ilə bağlı yayılan xəbərlərə belə reaksiya verib:

“Rusiyada şəxsi biznesimin olması ilə bağlı söhbətlər boşdur və yalandır. Mən biznes bacaran insan deyiləm. Belə şeylərdən uzağam. Oxumaqdan başqa demək olar ki, heç nə bacarmıram. Hərdən rəssamlıq da edirəm. Sənətlə bağlı hər şey bacarıram. Harada rəqəmlər var, mənlik deyil”.

Seçilən
0
7
bakivaxti.az

8Mənbələr