AZ

Ceyhun Bayramov Vatikan rəsmisi ilə müzakirə aparıb

Ceyhun

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallagerlə ikitərəfli və geniştərkibli görüşlər keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım olub.

Bildirilib ki, tərəflər əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün geniş formatda görüşüblər.

Xarici işlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Seçilən
6
7
reyting.az

10Mənbələr