AZ

Rusiyaya və İrana ünvanlanan “Türk salamı”… - Abovyan

Suriyada Əsəd rejiminin süqutu Qətər-Anadolu qaz kəmərinin tikintisinə yol açır.

Axar.az xəbər verir ki, bunu erməni siyasətçi Arman Abovyan deyib.

Onun sözlərinə görə, 2009-cu ildə gündəmə gələn, Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçməsi planlaşdırılan Qətər-Türkiyə qaz kəməri layihəsi Əsəd rejiminin müqavimətinə görə təxirə salınmışdı:

“Daha sonra Suriyada 10 ildən çox davam edən vətəndaş müharibəsi bu layihəni qeyri-mümkün etdi. Lakin Suriyada yeni dövlət qurularsa və hazırkı geosiyasi vəziyyət qorunarsa, layihə bölgədə hər hansı siyasi maneə ilə üzləşməyəcək. Bununla belə, qeyd etmək lazımdır ki, müzakirə olunan bu kəmər hər baxımdan böyük əhəmiyyətə malikdir”.

Erməni siyasətçi bununla Türkiyənin Rusiya və İranı sıxışdıraraq, enerji sektorunu ələ aldığını bildirib:

“Bu isə o deməkdir ki, Qərb Türkiyə və İsrailin vasitəsilə təkcə İranı iqtisadi mühasirəyə almayıb, həm də Avropaya təbii qaz tədarükündə alternativ imkanlar yaradaraq, İran və Rusiyanın Avropa qaz bazarındakı mövqelərini əhəmiyyətli dərəcədə zəiflədib. Məhz enerji sektoru Rusiya və İranın Şərq-Qərb qarşıdurmasında əsas silahıdır. Beləliklə, burada Türkiyə yenidən cek-pot qazanaraq Avropaya doğru qaz tranzitini öz üzərlərinə götürdü. Rusiya və İrana ünvanlanan növbəti özünəməxsus "Türk salamı" məhz budur”.

Seçilən
14
50
axar.az

10Mənbələr