Bakıda sürücülərin haqsız yerə cərimələnməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsindən gedir.
Belə ki, sözügedən yolun kənar hərəkət hissəsində piyada keçidinə dair yalnız sol tərəfdə nişan var. Nə sağda yol nişanı var, nə də ki, keçidi bildirən nişanlanma xətti. Buna baxmayaraq, hərəkət hissəsini keçən piyadalara yol verməyən sürücülərə cərimələr yazılır.
Sürcülər həmin kəsişmə yerinin keçid olduğunu bilmədikləri və yol nişanlarının natamam quraşdırıldığı üçün yazılmış cərimələrdən narazıdırlar.
Fərid