AZ

Milli üzvü “Milan”da qalır

İtaliyanın “Milan” klubu futbolçusu Kristian Pulişiç ilə müqavilənin müddətini uzada bilər.

Msport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

ABŞ millisinin üzvü “rossonyerlər”in yeni sözləşmə təklifi ilə razılaşıb.

Puluşiç yeni müqaviləyə əsasən 2029-cu il iyunun 30-na qədər “Milan”da qalacaq.

Yarımmüdafiəçinin maaşı isə ildə 4 milyon avrodan 5 milyon avroya yüksələcək. Bu mövsüm Pulişiç İtaliya çempionatında “Milan”ın heyətində 14 matçda 5 qol vurub və 4 asist ötürmə edib.

Seçilən
12
msport.az

1Mənbələr