AZ

Ukraynalı baş məşqçi: Azərbaycan millisinin heyətində sürətli və texnikalı futbolçular var

Bakı,16 dekabr, AZƏRTAC

“İndidən dünya çempionatının seçmə mərhələsi barədə danışmaq tezdir. Oyunlara çox var, komandaların heyətində dəyişikliklər olacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ukraynanın U-16 və U-17 yığmalarının baş məşqçisi Yuri Moroz DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması barədə danışarkən deyib.

D qrupundakı komandaları dəyərləndirən mütəxəssis Azərbaycan millisinin keyfiyyətli kollektiv olduğunu bildirib: “Azərbaycan yığmasının matçlarını izləmişəm. Bu komandanın heyətində rəqib müdafiəçilərə problem yarada bilən sürətli və texnikalı oyunçular var. Düşünürəm ki, Ukrayna və Azərbaycan yığmalarının şansları bərabərdir. Bizi bu iki komanda arasında maraqlı oyun gözləyir. Qrup matçlarının başlaması ilə hər şey daha yaxşı məlum olacaq”.

O, Azərbaycan millisinin təcrübəli baş məşqçiyə sahib olduğunu vurğulayıb: “Ferandu Santuş yüksək səviyyəli məşqçidir. Onun uğurları hər kəsə məlumdur. Azərbaycan millisi istənilən rəqibi öz oyun fəlsəfəsi ilə təəccübləndirə bilən böyük baş məşqçiyə sahibdir”.

Qeyd edək ki, D qrupunda mübarizə aparacaq Azərbaycan millisi Ukrayna ilə yanaşı, Fransa/Xorvatiya cütünün qalibi və İslandiya kollektivləri ilə də qarşılaşacaq.

Seçilən
11
azertag.az

1Mənbələr