Manset.az bu barədə TASS-a istinadən xəbər verir.
Ukrayna hakimiyyətinin qərarı ilə 2025-ci ilin yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması nəticəsində Moldovada enerji böhranı gözlənilir. Kişinyov "Qazprom"la Trans-Balkan qaz kəməri vasitəsilə tədarük imkanlarını müzakirə edib, lakin müvafiq razılaşmalar hələ baş tutmayıb. Dnestryanıya qazın nəqlinin dayandırılması Moldova Dövlət Elektrik Stansiyasında elektrik enerjisinin istehsalının kəskin azalmasına səbəb olacaq, bu isə Dnestr çayının sağ sahilinin enerji təchizatını təhlükə altına alacaq.
Fövqəladə Hallar üzrə Milli Komissiyaya enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək, o cümlədən qaz və elektrik enerjisinin alınmasına vəsaitin ayrılması, kütləvi informasiya vasitələrinin işinin koordinasiyası və istehlakçılardan enerji resurslarına görə ödənişlərin toplanması tapşırılıb.