Sosial şəbəkələrdə marketdə pişiyin toyuğu yeməsini əks etdirən görüntülər yayılıb.
Moderator.az xəbər verir ki, lent.az məsələ ilə bağlı AQTA-ya sorğu ünvanlayıb.
AQTA bildirilib ki, sosial şəbəkədə yayılan görüntü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb:
"Məsələ Agentliyin Bakı regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək".
"İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə Agentliyin "1003" qaynar xəttinə məlumat versinlər", - deyə əlavə olunub.