AZ

Kosmosda rakı istehsal ediləcək - 100 milyona satılacaq

Yaponiyanın “Asahi Shuzo” şirkəti məşhur sake (yapon rakısı) brendi olan “Dassai”nin kosmosda da istehsalını həyata keçirəcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yapon rakısı düyü, su, maya və taxıl tozunun qarışığından hazırlanır.

 

Bu yaxınlarda YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş sake buxarlama, qarışdırma və fermentasiya daxil olmaqla, bir sıra proseslərdən keçir və istehsalı təxminən 2 ay çəkir. Yerdə istehsalı mürəkkəb olan yapon rakısının kosmosda da eyni keyfiyyətdə istehsal edilməsi xeyli xərc tələb edəcək.

 

İlkin hesablamala görə, hər 100 millilitr rakı təxminən 100 milyon yenə (təxminən 1,1 milyon manat) satılacaq. Şirkət bu layihə üçün Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə pul ödəyib. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi layihə ilə bağlı heç bir şərh verməyib.

 

Məlumata görə, layihənin həyata keçirilməsinə 2025-ci ilin ikinci rübündə başlanılacaq.

 

Vasif

Sfera.az

phrase_var_article.chosen
18
sfera.az

1phrase_var_article.sources