Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Lagard, uçot dərəcələrinin istiqaməti ilə bağlı açıqlamalar verib.
İndex.az xəbər verir ki, ötən həftə AMB-nin depozit faizini 3%-ə endirməsindən sonra Vilnüsdə jurnalistlərə açıqlama verən Lagard, uçot dərəcələrinin istiqamətinin aydın olduğunu və daha çox azalmaların yolda olduğunu bildirib:
“Hal-hazırda gördüyümüz işlər risk mövqeyində dəyişiklikdir. İndiyə qədər bizim inflyasiya proqnozumuz yuxarı risklə əlaqələndirilirdi, indi biz risklərin ikitərəfli olduğuna inanırıq”.