Məşhur cizgi filmi “The Simpsons” serialı keçmişdən bu günə qədər çoxlu kehanetləri ilə gündəmə gəlməyə davam edir.
Ulusal.az xəbər verir ki, serial 2026-cı ildə dolların tamamilə dəyərini itirəcəyi və virtual valyuta sisteminin tətbiq ediləcəyi proqnozu ilə diqqət çəkib.
Bildirək ki, məşhur cizgi filmi “The Simpsons” serialı 31 il əvvəl yayıma başlayıb. Hazırda serial cari hadisələr və gələcəklə bağlı iddiaları ilə maraq oyatmağa davam edir.
Artıq məşhur cizgi filmi pərəstişkarları Amerika iqtisadiyyatının rəqəmsallaşma prosesi ilə bağlı serialın bu proqnozunun gerçəkləşib-gerçəkləşməyəcəyini müzakirə etməyə başlayıblar.
Qeyd edək ki, cizgi filmi “The Simpsons” serialı 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampın yenidən prezident seçiləcəyini proqnozlaşdırmışdı.
Bu iddia serialın pərəstişkarları və sosial media istifadəçiləri arasında geniş təsir bağışladı və bu kehanetin gerçəkləşməsi ilə “Simpsonlar” bir daha diqqətləri üzərinə çəkdi.
Hazırda Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.