AZ

Maks Eberl: “Bayern” qışda transferlərə pul tökməyəcək”

“Bayern”in idman direktoru Maks Eberl ingilis hücumçu Harri Keyni əvəzləmək üçün qış transferinin mümkünlüyü ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis cavabında “Bayern”in transfer siyasətini qabartmaqla diqqət çəkib və ümumiləşdirilmiş fikrini ifadə edib:

“Biz inanırıq ki, hədəflərimizə çatmaq üçün kifayət qədər keyfiyyətli heyətə sahibik. Necə deyərlər, “Bayern” pul çap edən makinə deyil. “Bayern” əla maliyyə göstəricilərinə malikdir. Həmişə iqtisadi baxımdan düşündüyümüz üçün belə yaxşı rəqəmlərimiz var”, deyə Eberl vurğulayıb.

Maks Eberl Münhen klubunun, ingilis hücumçu Harri Keynin qollarından asılı olub-olmaması ilə bağlı sualı da cavablayıb:

“Deyə bilərsiniz ki, bugünkü kimi bir oyunda Keyn bizə fayda verərdi. Bununla belə, bizim, Harrisiz də qol vurmaq üçün kifayət qədər bacarığımız var. Biz bunu son bir neçə həftə ərzində sübut etmişik”, deyə alman mütəxəssis vurğulayıb.

Xatrladaq ki, Harri Keyn hazırda zədəlidir. Bu mənzərədə “Bayern” Almaniya Bundesliqasının “Maynts”la 14-cü tur səfər oyununa ingilis hücumçusuz çıxıb və 1:2 hesabı ilə məğlub olub.

Bu, Münhen təmsilçisinin Bundesliqanın cari mövsümündə ilk məğlubiyyətidir. Məğlubiyyətə rəğmən, “Bayern” Bundesliqanın yarış cədvəlinin zirvəsindəki mövqeyini qoruyur. “Bayern”in 14 oyundan 33 xalı var.

Seçilən
23
arena.az

1Mənbələr