"Əl-İttihad"ın hücumçusu Kərim Benzema karyerasını başa vurmağı nəzərdən keçirir.
Yenisabah.az "Relevo"ya istinadla xəbər verir ki, 36 yaşlı forvard cari mövsümün sonunda futbola "əlvida" deyəcək.
Eyni zamanda, Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunun müqaviləsi başa çatanadək - 2026-cı ilin yayınadək oynayacağını gözləyir.
Benzema artıq "Real"la razılaşıb. O, futbolçu karyerasını bitirdikdən sonra klubun səfiri vəzifəsində işləyəcək.
Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib.
Telegram kanalımız