AZ

Kremldən açıqlama: "Onlar hələ Ağ Evdə deyillər"

Bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov Trampın komandasının Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynada atəşkəs təklifini müzakirə etməyə hazır olması xəbərini şərh edib. 

O,  ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasının hələ Ağ Evdə olmadığını, Baydenin komandasının orada olduğunu söyləyib.

"Cebheinfo.az" bu barədə "Sputnik News"-a istinadən xəbər verir.

Qeyd edək ki, bazar günü Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə seçdiyi Mikael Valtz bildirib ki, seçilmiş prezidentin komandası Orbanın Ukraynada Milad bayramında atəşkəs təklifini nəzərdən keçirəcək.

Dmitri Peskov isə bildirib ki, indi Ukraynaya sülhməramlıların yerləşdirilməsi barədə danışmaq tezdir.

Mətbuat katibi xatırladıb ki, Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə bağlı danışıqları yenidən başlamağa hazırdır.

Seçilən
16
cebheinfo.az

1Mənbələr