AZ

Təhsil sistemində tədqiqatların aparılmasına böyük ehtiyac var - Emin Əmrullayev

İbtidai sinifdə təhsil alan uşaqların riyaziyyat fənnindən olan mövzuları hansı metodika əsasında mənimsəyib və ya mənimsəməməsini tədqiq edən hər hansı bir tədqiqat demək olar ki, yoxdur.

Olaylar xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji "Azərbaycan məktəbi" jurnalının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Nazir bildirib ki, bu işlər çox az görülüb.

"Amma inandığım bundan ibarətdir ki, bu tipli tədqiqatlara çox böyük ehtiyyac var. Biz nazirlik olaraq bu cür məlumatların toplanması və tədqiqatların aparılması üçün Azərbaycan məktəblərində tədqiqatçılar üçün müvafiq şəraitin yaradılmasına hazırıq",- deyə nazir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
1
olaylar.az

2Mənbələr