AZ

Artıq hərbi xidmətlə bağlı yaş həddinin 35 olmasına ehtiyac yoxdur - Ekspert

Yazını böyüt
Yazını kiçilt

İndiki mərhələdə hərbi xidmət haqqında qanuna dəyişikliklə bağlı müzakirələrin aparılması güc strukturlarında olan səfərbərlik ehtiyatlarının formalaşdırılması, onların ehtiyaclarının müəyyən edilməsi və qanunauyğun sistemləşdirilməsidir.

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, əgər hərbi xidmətə çağırışla bağlı yaş həddi ötən dövrlərdə məlum həddə qaldırılmasına ehtiyac var idisə, indi o zərurət yoxdur. Ekspert eyni zamanda yaş həddinin azaldılmasının səfərbərlik ehtiyatlarının təminatına ciddi faydasının olmadığını deyib. O, yaş həddinin məhdudlaşdırılması, hətta 28-ə düşürülməsinin də gələcəkdə müzakirə oluna biləcəyini, eyni zamanda bakalavr və magistr səviyyəsində təhsil alanların yaş həddin  24-26 müəyyən edilməsini də normal hesab edib.

“Hərbi xidmət dövrünün aşağı endirilməsi müzakirə mövzusu olsa da, bunun tez bir zamanda baş verəcəyini düşünmürəm. Çünki bakalavr və magistraturanı bitirənlər onsuz da bir illik hərbi xidmət keçir, doktorantura, rezidentura səviyəsində xidmətdən azad edilirdilər. Bu reallığa əsasən səfərbərlik ehtiyatlarının hesablanmasını, hesabatlılığa bağlanmasının əsaslandırılmasını görmədən müddətin azaldılmasını deyə bilmərik. Bu, yaxın illərdə olmasa da, gələcəkdə müzakirə mövzusu ola bilər”.

Seçilən
17
hafta.az

1Mənbələr