II Liqada “Ayın qolu”nun müəllifi mükafatlandırılıb.
Msport.az xəbər verir ki, bu mükafata “Hypers Guba”nın futbolçusu Cavid İmamverdiyev layiq görülüb.
O, noyabrın ən yaxşı qolunun müəllifi olub. İmamverdiyev mükafatı XIII turun “Şimal” – “Hypers Guba” oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev tərəfindən alıb.
Qeyd edək ki, Cavid İmamverdiyev vaxtilə “Neftçi”nin və Azərbaycan millisinin aparıcı futbolçularından olub.