AZ

Naxçıvana ayrılan dotasiya HƏR İL NİYƏ AZALDILIR? – AÇIQLAMA + FOTO

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

Gələn ilin dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilməsi nəzərdə tutulan dotasiyanın həcminin dəyişməsidir. Beləki, “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 320 milyon 529 min manat dotasiya (transfertin yuxarı həddi) nəzərdə tutulmuşdu. Lakin üçüncü oxunuşda parlamentə müzakirəyə çıxarılaraq qəbul olunan layihəyə əsasən, bu məqsədlə 285 milyon 713 min manat ayrılacaq. Beləliklə, dotasiya 34 milyon 816 min manat azaldılıb.

Naxçıvana ayrılan dotasiya <span style=color:red>HƏR İL NİYƏ AZALDILIR? - AÇIQLAMA + FOTO

Maliyyə naziri Samir Şərifov bu azalmanı onunla əsaslandırıb ki, eyni məbləğdə vəsait muxtar respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir. Amma məsələ budur ki, artıq hər il dövlət büdcəsinin müzakirəsi zamanı Naxçıvana ayrılan dotasiyanın azalması müşahidə olunmaqdadır. Maraqlıdır, muxtar respublikaya ayrılan dotasiyanın həcminin azaldılmasına səbəb nədir? Naxçıvan MR-in özünü maliyyələşdirmə üçün potensialı, imkanı varmı?

Naxçıvana ayrılan dotasiya <span style=color:red>HƏR İL NİYƏ AZALDILIR? - AÇIQLAMA + FOTO

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dotasiyanın məbləğinin azaldılması Naxçıvanın özündə daha çox dəyərin yaradılması ilə bağlıdır.

Naxçıvana ayrılan dotasiya <span style=color:red>HƏR İL NİYƏ AZALDILIR? - AÇIQLAMA + FOTO

Millət vəkilinin sözlərinə görə, son illər Naxçıvanda aparılan struktur islahatları orada daxili mənbələrdən daha çox vəsaitin büdcəyə daxil olmasına imkan yaradıb: “Eyni zamanda vəsaitlərin səmərəli xərclənməsi, şəffaflığın gücləndirməsi də dövlət büdcəsindən dotasiyaya tələbi praktik olaraq hər il azaldır. O baxımdan bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, xüsusən də sahibkarların, bizneslərin, xarici və yerli sərmayənin cəlb edilməsi üçün imkanların genişlənməsi, həmçinin dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi praktik olaraq Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu yerli gəlirlərin son illər mərhələli şəkildə artması dotasiyaya tələbin azalmasında özünü göstərir. Ona görə də dövlət büdcəsində Muxtar Respublikanın büdcəsinə dotasiyanın həcminin azalması birbaşa bu regionda həyata keçirilən struktur islahatları, xüsusən də Naxçıvanın maliyyə imkanlarının genişlənməsi, şəffaflığın artması ilə bağlıdır”.

Nailə QASIMOVA

Seçilən
66
medianews.az

1Mənbələr