AZ

Saratov-İrəvan reysinin pilotu səhvən təyyarəni hərbi limana ENDİRDİ

Saratov-İrəvan reysinin pilotu səhvən təyyarəni “Erebuni”yə endirib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, “Şirak Avia” aviaşirkətinin Saratov-İrəvan reysinin pilotu təyyarəni lazım olduğu yerə – “Zvartnots” hava limanına deyil, hərbi məqsədlər üçün istifadə olunan “Erebuni”yə endirib.

Eyni zamanda, pilot bu addımı atmağa məcbur edilməyib, səhvən atıb. Bu “səhv” həm ekipaj, həm də sərnişinlər üçün ölümcül ola bilərdi.

Məlumata görə, təyyarə yenidən “Erebuni” hava limanından “Zvartnots”a uçuıb. Endikdən sonra sərnişinlər ciddi nəzarət altında yoxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

phrase_var_article.chosen
20
interpress.az

1phrase_var_article.sources