Ermənilər Ərdoğanı “oğurluq” mahnı oxumaqda “ittiham edib”.
İnterpress.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb. Onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ermənilərdən “oğurlanmış” mahnı ifa etdiyini yazıblar.
“Ərdoğan oğurlanmış erməni mahnısı “Sarı axçik”i türkcə ifa edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşdə türkiyəli müğənni Ferhat Göçerlə birlikdə “Sarı Gəlin” mahnısını ifa edib.
Qeyd edək ki, bu, məşhur erməni xalq mahnısı “Sarı axçik”in türk versiyasıdır. Bu mövzuda nə qədər mübahisələr olsa da, “Sarı axçik” əsərinin nota yazısının ən qədim nümunəsi görkəmli erməni bəstəkarı Komitasa məxsusdur”, – deyə erməni KİV-i cəfəngiyyat yazıblar.
Xuraman Etibarlı
İnterpress.az