ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı əvvəllər səslənən tələblərinə cavab olaraq Ukraynanı ABŞ-nin təhlükəsizlik zəmanəti heç vaxt təmin etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Amerikanın məşhur qəzeti “Nyu-York Tayms” yazıb.
Qəzet yazır ki, Tramp təkcə Ukraynanın müdafiəsi üçün heç bir məsuliyyət götürmədən müharibəni bitirməyə deyil, həm də bütövlükdə Avropanın təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın öhdəliklərini azaltmağa çalışır. “Buna görə də çox çətin ki, o, belə bir müqaviləyə imza atsın”, - NYT qeyd edir.
Nəşr yazır ki, son nəticədə Kiyevin Şimali Atlantika Alyansına daxil olması Vladimir Zelenskinin “doğrulmamış ümidi olaraq qalacaq”.
Qəzetin müəllifi Trampın dövründə ABŞ ordusunun Çinin artan təsirinə qarşı çıxmaq üçün diqqətini Asiya-Sakit okean regionuna yönəldəcəyini təxmin edir. Bu baxımdan, ABŞ-ın Avropada hərbi rolunun azalacağını gözləmək lazımdır.
Musavat.com