AZ

“BOA Agency” səhmdarlarına dividend ödəyəcək – Şirkətdə yığıncaq

10.01.2025-ci il tarixində saat 11:00-da “Boa Agency” ASC-nin (VÖEN: 1501960111) səhmdarların ümumi yığıncağı növbədənkənar iclası keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) baş tutacaq.

İclasın gündəliyində aşağıdakı məsələlər daxildir:

1. İllik maliyyə nəticələrinin ilkin müzakirəsi.

2. Dividentin müzakirəsi.

Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə etmək olar.

Əlaqə telefonu: (055) 747-80-80

phrase_var_article.chosen
11
3
fed.az

4phrase_var_article.sources