Cənubi Koreyanın Konstitusiya Məhkəməsi bu ölkənin prezidenti Yun Seok Yeolun işinin istintaqını nə vaxt aparacağına qərar verib.
7Times.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, ilk məhkəmə iclası dekabrın 27-də olacaq.
Konstitusiya Məhkəməsi ya parlament tərəfindən prezidentin vəzifədən azad edilməsini təsdiq edəcək, ya da onu prezident vəzifəsinə bərpa edəcək.
Koreya Respublikasının parlamenti dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq edən, bir neçə saat sonra isə bu vəziyyəti ləğv edən prezident Yun Seok Yeola impiçment elan edib.
Modern.az