Ölkənin birinci korporativ bankı, PAŞA Bank isə ADA Universiteti və ADA Universiteti Fondun birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü Münasibətilə İnternat tipli Məktəblərdə Görüşlər keçirib. Layihənin ilk təşəbbüsü əlamətdar günə 3 Dekabr-Beynəlxalq Əlillər Gününə təsadüf edib. Bu münasibətlə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbdə və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbdə təhsil alan 100-dək şagirdlə görüş keçirilib. 11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim, eləcə də psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzərlərində çalışmağın və təhsilə, peşəyə yiyələnməyin əhəmiyyətindən bəhs edilib. Bu dönəm ərzində PAŞA Sığorta "Məktəbli" könüllü sağlamlıq sığortasının təşviqi məqsədilə 6-15 yaş arası məktəblilər üçün xüsusi rəsm müsabiqəsi həyata keçirib. Müsabiqədə iştirak üçün 100-dən artıq məktəbli müraciət edib.Uşaqlar mövzuya uyğun olaraq çəkdikləri rəsm əsərlərini PAŞA Sığorta şirkətinə göndərib, münsiflər heyəti tərəfindən dəyərləndirilən rəsm əsərləri sərgidə nümayiş edilmək üçün seçilib. Seçilən rəsm əsərlərinin nümayiş edildiyi sərgiyə 30 uşaq valideynləri ilə birlikdə dəvət olunub və hər birində 3 qalib olmaqla 2 fərqli yaş kateqoriyası üzrə qaliblər müəyyən edilib. Sərgi zamanı uşaqlar fərqli oyunlar oynayıb, əyləncəli zaman keçirib və sonda onlara müxtəlif hədiyyələr təqdim edilib. Bundan əlavə, bir müddət öncə PAŞA Həyat Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində "Mərhəmətli Olmağa Tələsin" layihəsinə sponsorluq etdi. Layihə çərçivəsində, soyuq qış aylarında isti geyimlərə ehtiyacı olan uşaqlara müxtəlif isti geyimlər təqdim olunub. Bu təşəbbüs, aztəminatlı uşaqlara dəstək üçün nəzərdə tutulub.
Qeyd edək ki, dekabr ayında “BRAVO” marketlər şəbəkəsi sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirmək məqsədilə "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə "ASAN Məktub" sosial proqramının birgə əməkdaşlığı ilə “Bir qəlbidə sən isit” aksiyasını həyata keçirir. Belə ki, uşaqların arzularını yazdıqları “ASAN Məktub”lar 20 Yanvar və Koroğlu metro stansiyaları yaxınlığındakı Bravo hipermarketlərdə quraşdırılan "Yeni İl" stendlərində yerləşdirilib. Qeyd edək ki, Bravo Hiperlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərsiniz.