Əməkdar artist Xumar Qədimova ilk dəfə efirə böyük bacısı Elmira xanımla birlikdə çıxıb.
Bacılar “Zaurla Günaydın” verilişində qonaq olublar.
Elmira xanım bacısı Xumarla bağlı bu fikirləri səsləndirib:
“Xumarı mən saxlamışam. Onun doğulduğu gündən danışa bilərəm. İndiki gün kimi xatırlayıram. Belə şeylər danışanda anam deyirdi ki, elə bil mənimlə yaşıdsan”.
Xumar isə bacısının bu sözlərinə “O, hər şeydir: dəryadır, savaddır, dünyadır. Bizdə ailədə hamı savadlıdır. Biz sonradan görənlərdən deyilik. Təhsili də, musiqini də əvvəldən görmüşük” cavabını verib.