AZ

Vardanyana ömürlük həbs: 100 cildlik cinayət işi

Azərbaycanda həbsdə olan ləğv edilmiş separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan ömürlük həbs edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Hraparak" nəşri Vardanyan ailəsinin beynəlxalq hüquq müşaviri Jared Genserə istinadən yazıb.

Nəşr vurğulayır ki, ona qarşı 20 maddə üzrə cinayət işi aparılır.

Bildirilir ki, ittiham aktı 100 cild və 25 min səhifədən ibarətdir.

Xatırladaq ki, Ruben Vardanyan ötən ilin sentyabrında həbs edilərək Bakıya gətirilib.

Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunduğu məlumdur.

Seçilən
29
1
herbiand.az

2Mənbələr