AZ

Bəşər Əsəddən ilk açıqlama: O, Suriyadan necə getdiyi AÇIQLADI

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrildikdən sonra ilk dəfə açıqlama verib.

Modern.az-ın məlumatına görə, bu gün onun adından bəyanat yayılıb.

B. Əsəd qeyd edib ki, vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək imkanını düşünməyib.

O bildirib ki, dekabrın 8-i səhər tezdən - silahlı dəstələr paytaxta yaxınlaşanadək Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib.

“Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və bəzilərinin iddia etdiyi kimi, döyüşlər gedən son saatlarda baş vermədi”, - Əsəd qeyd edib.

Sabiq prezident vurğulayıb ki, o, Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətini orada davam etdirib.

"Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib", - o qeyd edib.

Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçularun ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.

Seçilən
21
modern.az

1Mənbələr