Dekabrın 19-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “NBC Bank”, "Texnika Bank", "AGBank" və "Atabank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, söhbət “NBC Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, "Texnika Bank"a məxsus dəyəri 1,3 min manat olan 1 ədəd "EGRO ZERO" markalı avtomatik qəhvə maşınından, "AGBank"a məxsus dəyəri 5,2 min manat olan 4 ədəd "EGRO SWISS COFFEE TECHNOLOGY " markalı avtomatik qəhvə aparatından və "Atabank"a məxsus dəyəri 4,8 min manat olan 6 ədəd ödəmə terminalından gedir.
"Cebheinfo.az"